reklam
UFC döyüşləri adı açıqlanmayan yerdə keçiriləcək -
Sportfm.az xəbər saytı

UFC döyüşləri adı açıqlanmayan yerdə keçiriləcək -Müəmma


Mütləq Döyüş Çempionatı (UFC) turnirinin keçiriləcəyi ada Əbu-Dabidə yerləşir.

Sportfm.az xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb. BƏƏ-nin ən böyük əmirliklərindən biri olan Əbu Dabinin ərazisində 200-dən çox ada var. Məlumata görə, onlardan biri iyunun 27-də UFC turnirinə ev sahibliyi edəcək. UFC rəhbəri Dana Uaytın fikrincə, bu ada koronavirus pandemiyası zamanı turnirlər keçirmək üçün təhlükəsiz yer olacaq. Amma UFC rəsmi olaraq adanın yerləşdiyi ərazi barədə məlumat verməyib.

Qeyd edilib ki, Əbu-Dabiyə gələnlər iki həftəlik karantinə alınmayacaqlar. Belə ki, BƏƏ-nin paytaxtına gəldikdən sonra bütün sərnişinlər koronavirusa görə testlərdən keçiriləcək, nəticələr əldə edilənə qədər özlərini təcrid etməyə dəvət olunacaqlar.

Oxşar xəbərlər

Dünya çempionatının açılış matçı Meksikada olacaq
“Breşiya” klubunda koronavirus şoku İki nəfər
"Atalanta"da koronavirus şoku - Üç futbolçu
Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
Baş məşqçi karantinə alındı - Macarıstanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər