Azərbaycan çempionatında müsahibə verilməyəcək
Bu mövsüm Azərbaycan Premyer Liqasını işıqlandıracaq media nümayəndələri üçün yeni təlimatlar qüvvəyə minib.
Sportfm.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasıın hazırladığı təlimatda bildirilir.
Təilmatda qeyd edilir ki, koronavirus pandemiyasına görə dayandırılan yarışın bərpasından sonra yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.
Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.
Oyundan sonra təmasları azaltmaq məqsədi ilə “flash-müsahibə”lər, “mix-zona”lar ləğv olunur.
Oyundan sonra mətbuat konfransının təşkili isə qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır.
Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər.
Oxşar xəbərlər
"Neftçi” - "Qalatasaray” matçının mətbuat konfransının vaxtı bilindi
"Neftçi” - "Qalatasaray” matçının mətbuat konfransının vaxtı bilindi
Premyer Liqamızda koronavirusla bağlı qaydalar açıqlandı - RƏSMİ
Premyer Liqa və kubokla bağlı təlimatlar
Formula 1 üçün media nümayəndələrinin akkreditasiyasına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası