reklam
Ramil Ayaza dəstək verdi -
Sportfm.az xəbər saytı

Ramil Ayaza dəstək verdi -FOTO


"Sabah"ın hücumçusu Ramil Şeydayev "Spartak"ın intizamsızlığa görə 2-ci komandaya göndərdiyi futbolçusu  Ayaz Quliyevə dəstək olub.

Sportfm.az xəbər verir ki, millimizin üzvü İnstaqram hesabında Azərbaycan əsilli futbolçu ilə şəklini paylaşaraq "Qardaş, ən başlıcası səbrdir" yazıb.

Daha sonra Şeydayev erməni məşqçi Aleksandr Qriqoryanın Ayazı müdafiə etməsinə münasibət bildirib. O, bununla bağlı yazıb: "Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar".

24 yaşlı forvard Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun "Ayaz Quliyevin gedişi "Spartak" üçün itki olmayacaq" fikrinə də cavab verib. Şeydayev "Bəs yerdə qalanların hamısı üstündür??" yazaraq, Quliyevə dəstəyini bildirib.
Xatırladaq ki, Ayaz Quliyevin "Spartak"ın məşqçi heyətinin üzvləri ilə nəzakətsiz danışdığı üçün 2-ci komandaya göndərildiyi bildirilir. (qol.az)

Oxşar xəbərlər

"Ayaz Quliyevin Azərbaycan millisində oynaması sevindiricidir" - AÇIQLAMA
"Şeydayev millidə ən yaxşı bombardir idi" - Nikolay Koçeşkov
AFFA Ayaz Quliyevə təklif göndərdi
Ramil Şeydayevlə Ayaz Quliyev üz-üzə - VİDEO
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər