AFFA Ayaz Quliyevə təklif göndərdi
Moskva "Spartak"ında çıxış edən Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə bağlı Rusiya mətbuatında məqalə dərc olunub.
Sportfm.az xəbər verir ki, yazıda AFFA-nın 22 yaşlı futbolçuya Azərbaycan yığmasında oynaması üçün vətəndaşlıq təklif etdiyi qeyd edilib. Məqalədə Quliyevin ilk seçiminin Rusiya millisi olduğu vurğulanıb. O, "Spartak"dakı çıxışı ilə buna ümid edir.
Yazıda "Zenit"in yetirməsi, hazırda "Dinamo" (Moskva) klubunda çıxış edən Ramil Şeydayevin Azərbaycan millisinin üzvü olduğu qeyd edilib.
Bundan əlavə, Türkmənistan əsilli müdafiəçi Cəmaləddin Xocaniyazov da Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib. 23 yaşlı futbolçunun Ramil Şeydayev və Ayaz Quliyevlə Rusiyanın U-21 millisində birgə çıxış etdiyi xatırlanıb.
Oxşar xəbərlər
"Ayaz Quliyevin Azərbaycan millisində oynaması sevindiricidir" - AÇIQLAMA
Ayaz Quliyevlə Ramil Şeydayev üz-üzə gəldi - Qalib olmadı
Ramil Şeydayevlə Ayaz Quliyev üz-üzə - VİDEO
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia
Ayaz Quliyevin Azərbaycan yığmasında oynaması ilə bağlı açıqlama gəldi - İstəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası