reklam
Komanda yoldaşını öpdü -
Sportfm.az xəbər saytı

Komanda yoldaşını öpdü -Cəza olacaqmı?


"Herta"nın futbolçuları Almaniya Bundesliqasının XXVI turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.

Sportfm.az  xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Bəzi digər futbolçular da bir-birilərini qucaqlayıblar. 

Mövsüm bərpa olunanda Almaniya Futbol İttifaqı (AFİ) futbolçulara qol vurulan zaman sosial məsafəni gözləsinlər, qucaqlaşmasınlar və komanda yoldaşlarını öpməməyi tövsiyə etmişdi. Qurumdan Almaniya mediasına bildirilib ki, qol sevinci zamanı qaydaların pozulmasına görə hər hansı cəza tətbiq edilməyəcək. Bununla belə, AFİ bir daha bütün oyunçuları sosial qaydalara riayət etməyə çağırıb. 

Xatırlada qki, Boyata 2015-ci ildə "Seltik"in heyətində "Qarabağ"la Çempionlar Liqası duelində yeganə qolun (evdə 1:0, səfərdə 0:0) müəllifi olub. 

Oxşar xəbərlər

2 futbolçu cəzalandı - qaydaları pozduqları üçün
Azərbaycanda salamlaşmaq qadağan olundu - Futbolçulara
Azərbaycan klubları paltardəyişmə otağından istifadə etməyəcək
Bundesliqada 20 yaşlı rekordçu
Komanda yoldaşlarının əlini sıxan futbolçu cəzalandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər