Pula görə Azərbaycan futbolunu satmayın - ÇAĞIRIŞ ESSE
Ölkəmiz müstəqillik əldə edəndən sonra futbolumuz da rusun caynağından azad oldu. 90-cı illərin əvvəllərində yenicə yeriməyi öyrənən uşaq kimi səngərləyə-səngərləyə irəliləyən Azərbaycan futbolu yıxıla-dura olsa da, yavaş-yavaş məsafə qət edirdi. Şəraitsizlik və pulsuzluqla paralel olaraq yeni istedadlı futbolçular üzə çıxırdı, yığmamız hərdən başından yuxarı tullanmağı da bacarırdı. Onda hər şey sanki daha cəlbedici və daha maraqlı idi. Palçıqlı stadionlar və qırıq-sökük taxta tribunaların fonunda İsveçrə üzərində qələbə, Zaur Tağızadənin Portuqaliyaya vurduğu qol, Finlandiyanı Bakıda məğlub etməyimiz futbolsevərlərin gələcəyə ümidini artırırdı. Ölkə çempionatında Arif Əsədov, Bəxtiyar Musayev, Vidadi Rzayev, Samir Ələkbərov, Yunis Hüseynov, Qurban Qurbanov, Tərlan Əhmədov, Samir Əliyev, Dmitri Kramarenko, Mahmud Qurbanov və adlarını qeyd etmədiyim xeyli sayda usta oyunçunu izləmək adama ləzzət edirdi.
2004-cü ildən isə futbolumuza ən çox çatışmadığı deyilən pul da gəldi. O pul ki, hər bir azərbaycanlı üçün ən müqəddəs şeylərdən biri hesab edilir. Həmin ərəfədə yeni klublar yarandı, təzə arenalar tikildi, azarkeşlər yenidən stadionlara gəlməyə başladı, rəqabət artdı, legionerlər Azərbaycana axışdı. Dövlət Proqramı çərçivəsində ölkə futboluna yatırılan, inkişaf və gələcək üçün yox, yeyinti, varlanmaq, oğurlamaq, gözə girmək üçün xərclənən pul dənizi 10 ildən sonra çəkilib getdi. Ortada qalan isə yenə futbolumuz oldu.
Yuxarıda cərəyan edən hadisələrlə yanaşı, futbol federasiyasında baş verən kadr dəyişikliyi, qeyri-futbol adamlarının kürsülərdə oturması, öz şəxsi məqsədlərini güdməsi, yıxılan Azərbaycan futbolununun yerlərdə sürünməsinə gətirib çıxardı. Ölkə çempionatında komandaların sayı kəskin şəkildə azaldı, azarkeşlər gözləri önündə baş verən çirkin oyunları izləməkdən bezərək tribunalardan çəkilib getdi, futbolumuzun döyünən ürəyi olan bölgələr sehrli top oyununa həsrət qaldı. AFFA-nın “uzaqgörən” siyasəti nəticəsində yığmalarımız aşağı səviyyəli futbolçuların poliqonuna çevrildi. Heç bir perspektiv vəd etməyən, meydana buraxmağa oyunçu tapmayan milli komandalarımız yüksək ödənişli əcnəbilərə tapşırıldı, uşaq futbolu məhv edildi.
AFFA-nın “əli baltalı”, boğazı qalstuklu, qara pencəkli şəxsləri “Azərbaycan futbolu” adlı ağacı dibindən vurdu. Baş verən bütün bu proseslərin fonunda ölkə futbolunda söz sahibi olan, ağır çəkiyə malik, ömrünü yaşıl meydanlarda keçirən, həyatını topa həsr edən veteranlarımız hər şeyi görməzdən gəldi, susdu. Ağzını açanı isə pensiya ilə, təqaüdlə susdurdular. Danışanı heç kimə lazım olmayan posta təyin etməklə sakitləşdirdilər. Ortaya düşüb sözünü demək istəyəni hər şeydən təcrid etdilər, işsiz qoydular, futboldan sildilər. Pulla susdurulanlar isə vaxtilə çiyin-çiyinə bir oynadığı dostunu, çətin günlərdə onlara arxa olan komanda yoldaşlarını 5-10 manata görə yalnız qoydu, satdı, görməzdən gəldi. Hazırda Azərbaycan yığması baş məşqçisiz qalıb. Tez-tez mətbuata müsahibə verən pulla susdurulanlar isə bir-birinin ağzına tüpürmüş kimi bildirirlər ki, millimizə əcnəbi baş məşqçi lazımdı, hətta lazımdı yox, mütləq komandamızın başında xarici olmalıdı. Belə insanlar Azərbaycan futbolu bir yana qalsın, özünə hörmət etməyən şəxslərdi. Cənablar, pula, təqaüdə, pensiyaya görə Azərbaycan futbolunu satmayın, yoxsa gələcəkdə adınız o futbolun tarixindən silinəcək.
Qələmə aldı: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |