reklam
“Matçları başqa ölkələrdə keçirməyə hazırıq” -
Sportfm.az xəbər saytı

“Matçları başqa ölkələrdə keçirməyə hazırıq” -PSJ-nin sahibi


Fransada sentyabr ayına qədər futbol da daxil olmaqla bütün kütləvi idman tədbirlərinin qadağan olunmasının ardından PSJ klubu UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını ölkə xaricində oynamağa hazır olduğunu açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin sahibi Nasser El Xelaifi açıqlama verib.

O, yerli mətbuata açıqlamasında hökumətin aldığı qərara hörmətlə yanaşdıqlarını bildirsə də, ÇL oyunlarından imtina etmək fikrində olmadıqlarını bəyan edib. Paris klubunun sahibi Fransada alınmasa belə, UEFA-nın da razı olacağı halda, ev oyunlarını istənilən ölkədə keçirməyə hazır olduqlarını söyləyib. Xelaifi futbolçu və məşqçilər də daxil olmaqla bütün klub işçilərinin sağlamlığına dair zəmanət verməyə hazır olduqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, PSJ ÇL-in 1/8 finalında Dortmund “Borussiya”sını turnirdən kənarlaşdıraraq 1/4 finala yüksəlib. Fransanın ÇL-dəki digər təmsilçisi – Lion “Olimpik”i də 1/8 finalın ilk oyununda “Yuventus”a 1:0 qalib gəlib. Lakin koronavirus pandemiyası səbəbindən bu komandaların İtaliyadakı cavab qarşılaşması təxirə salınıb.

Xatırladaq ki, Fransa çempionatında bu mövsüm koronavirus səbəbindən ləğv olunub. Ölkə rəhbərliyi ən azı sentyabra qədər futbol da daxil olmaqla bütün kütləvi idman tədbirlərinin ləğv olunduğunu açıqlayıb.(komanda.az)

Oxşar xəbərlər

Çin Qran-prisi ləğv olundu
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
Niderland futbolsuz qaldı – Mövsüm ləğv olunur
Azərbaycan klubunun matçları ləğv edildi
İsveçrə çempionatı dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər