reklam
İsveçrə çempionatı dayandırıldı
Sportfm.az xəbər saytı

İsveçrə çempionatı dayandırıldı


İsveçrə Futbol Federasiyası ölkədə yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, Superliqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb.
Rəsmi açıqlamada o da qeyd olunub ki, hökumətin verəcəyi qərarlardan asılı olaraq, bu müddət artırıla da bilər.

Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub.

Oxşar xəbərlər

Tacikistan risk etməməyə qərar verdi - Çempionat dayandırıldı
Xokkey üzrə dünya çempionatı ləğv olundu - Koronavirusa görə
Türkiyədə koronavirus təbili çalındı - Yarışlar olmayacaq
Futbol matçı təxirə salındı
Koronavirus daha bir nəhəng yarışa mane oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər