reklam
“Araz-Naxçıvan” 1 top fərqi ilə məğlub oldu
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan” 1 top fərqi ilə məğlub oldu


Misli Premyer Liqasında 27-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qolsuz bərabərliklə yekunlaşıb. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.

Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gəlib. Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir - 3:0 və 3:1.

Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkib. Matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb - 4:0.

Misli Premyer Liqası

27-ci tur

11 aprel (şənbə)

20:00. “Neftçi” - “Araz-Naxçıvan” - 2:1

Qol: İmad Faraj, 32 (1:0), Breno Almeyda, 57 (2:0), Slavik Alxasov, 65 (2:1)
“Palms Sports Arena”

Oxşar xəbərlər

“Şamaxı” “Qarabağ”la bərabərə qaldı
“Qarabağ” və “Zirə” səfərdə, “Neftçi” evdə oynayacaq - Premyer Liqa
“Araz-Naxçıvan” məğlub oldu - Premyer Liqa
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi - Premyer Liqa
“Kəpəz” “Araz Naxçıvan”la bərabərə qaldı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər