reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" doğma meydanda qələbə qazandı -VİDEO


Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.

Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün və turun son matçında isə "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.

12 aprel (bazar)

Misli Premyer Liqası

27-ci tur

18:00. “Turan Tovuz” - “Sumqayıt” - 2:1

Qol: Filip Ozobiç, 8 (1:0), Joarlem Santos, 50 (2:0), Rayan Senhadji, 63 (2:1)
Tovuz şəhər stadionu

Oxşar xəbərlər

“Qəbələ” “İmişli”yə uduzdu - VİDEO
“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı - Premyer Liqa
"Qəbələ" evdə uduzdu, "Kəpəz" - "Turan Tovuz" matçında bərabərlik - Premyer Liqa
"Turan Tovuz" "Sumqayıt"a məğlub oldu - Misli Premyer Liqası
"Turan Tovuz" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər