reklam
Bakıya gəlib dəvə udmaq istəyir
Sportfm.az xəbər saytı

Bakıya gəlib dəvə udmaq istəyir


Almaniyanın "Auqsburq" klubunun qapıçısı Fabian Gifer karyerasını bitirdikdən sonra özünü avtomobil yarışlarında sınamaq istəyir.

Sportfm.az xəbər verir ki, bu barədə 30 yaşlı ehtiyat qolkiper "Spox und Goal" nəşrinə müsahibəsində deyib.

Ralli həvəskarı olan təcrübəli qolkiper bildirib ki, Nürburqrinq trassında 24 saatlıq yarışda iştirak etmək arzusundadır. F.Giferin başqa planları da var: "Algau Orient Rally" adlı yarış var. Siz maşınla Almaniyanın Allqoy vilayətindən Bakıya getməlisiniz. Bu zaman bir neçə qaydaya əməl etmək lazımdır: avtomobilin qiyməti 1 100 avrodan çox olmamalıdır, yolda heç bir mehmanxanada dayanmamalısınız. Qalib isə canlı dəvə ilə mükafatlandırılır. Bir neçə dostumla bu yarışda iştirak etmək istərdim".

Qeyd edək ki, Faban Gifer artıq İrandan keçən köhnə İpək yolu ilə Şərqi Avropaya "Fiat Multipla" markalı maşını ilə səyahət edib.

 

Oxşar xəbərlər

Andrey Lunyov Bakıya qayıtdı
Ermənistan millisi Bakıya gəlir - Dünya çempionatında iştirak edəcək
Dünyanın ən cırtdan ölkəsi olimpiadada iştirak etmək istəyir!
Dəvə yarışından 25 min avro qazandı - Neymar
"Reynaldo siyahıda olan adlardan biridir"...türkiyəli mütəxəssis

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər