reklam
Andrey Lunyov Bakıya qayıtdı
Sportfm.az xəbər saytı

Andrey Lunyov Bakıya qayıtdı


Rusiya millisinə dəvət alan "Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıya qayıdıb.
Sportfm.az xəbər verir ki, o, bu barədə "Championat" nəşrinə açıqlamasında deyib.

32 yaşlı qolkiper Rusiya yığmasının düşərgəsini tərk edib və Azərbaycana gəlib. O, bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Rusiya millisinin Paraqvayla bu gün yoldaşlıq görüşü nəzərdə tutulsa da, ölkədə baş verən terror aktına görə oyun ləğv edilib. Lunyov millinin martın 21-də Serbiya ilə keçirilən yoldaşlıq matçında (4:0) meydana çıxmayıb.

Oxşar xəbərlər

Lunyov ehtiyatda qaldı
Lunyov Rusiya millisinə qoşuldu
“Qarabağ”ın qapıçısı milliyə çağırıldı
“Qarabağ”ın qapıçısının durumu məlum oldu
“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər