Rokko prezident oldu
İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. İstanbulda təşkil olunan sayca 31-ci Konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC-in Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.
Sportfm.az xəbər verir ki, bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-in keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.
Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-in Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib.
Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi biri qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.
Oxşar xəbərlər
Avropa çempionatı üçün 3 mümkün tarix
Velosipedçilər mükafatlarını aldı - FOTO
BMX üzrə DÇ-nin keçici bayrağı Belçikaya verildi - FOTO
Dünya çempionatında daha 12 qalib müəyyənləşdi
Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası