Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin üzvü peşəkar müqavilə imzaladı -WCC ilə
İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə (WCC - World Cycling Centre) yollanan şose velosipedi üzrə Azərbaycanın U-23 yığmasının üzvü, İdman Ustası Ayan Xankişiyeva ilin sonunadək Mərkəzin velosiped komandasının heyətində çıxış edəcək.
Sportfm.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub.
Müvafiq yoxlamalardan uğurla keçən idmançı artıq peşəkar müqavilə də imzalanıb.
Martın 8-dən etibarən İsveçrədə olan velosipedçi burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq.
Qeyd edək ki, Ayan Xankişiyevanın dünya və Avropa çempionatlarından başqa, bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.
Oxşar xəbərlər
İslam Həmrəyliyi Oyunları başladı
Avropa çempionatı üçün 3 mümkün tarix
Millinin üzvü Ukrayna klubu ilə müqavilə bağladı
Azərbaycanın yığmasının üzvləri İsveçrədə təcrübə keçəcək
Velosipedçilərimiz İsveçrədə təcrübə keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası