Velosipedçilər mükafatlarını aldı -FOTO
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi olub.
Sportfm.az xəbər verir ki, qaliblərə medalları Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Velosipedçilər İttifaqının BMX komissiyasının və İttifaqın idarə heyətinin üzvü Artur Lopes və qurumun vitse-prezidenti Renato Di Rokko təqdim ediblər.
İlk üç pillədə qərarlaşan idmançılara medallarla yanaşı, qalib idmançıya çempionluq köynəyi verilib.
Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparıb.
Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.
Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. 2016-cı ildə isə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.
Oxşar xəbərlər
BMX üzrə DÇ-nin keçici bayrağı Belçikaya verildi - FOTO
Dünya çempionatında daha 12 qalib müəyyənləşdi
Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul etdi
Rokko prezident oldu
Bakıda velosiped idmanının BMX növü üzrə dünya test yarışları keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası