"Azərbaycanda məni heç kim gözləmir" -Natalya Məmmədova
"Hazırda nə oyun var, nə də məşq. Karantin günlərini adi qaydada keçiririk".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan millisinin sabiq voleybolçusu Nataliya Məmmədova deyib.
36 yaşlı oyunçu İndoneziyada "Cakarta" klubu ilə müntəzəm çempionatın qalibi olduqdan sonra ölkəni koronavirus pandemiyasına görə tərk edə bilmədiyini söyləyib. O, uçuşlar bərpa olunduqda Azərbaycana qayıtmayacağını söyləyib: "Bakıda yaşamıram, məni orada heç kim gözləmir, ailəm yoxdur. Ona görə də Azərbaycana qayıtmayacağam".
Ukrayna əsilli voleybolçu tarixi vətəninə də dönməyəcəyini vurğulayıb: "Komanda yoldaşım Odina Əliyeva və baş məşqçi Ziya Rəcəbov Bakıya uçuşların açılmasını gözləyirlər. Hələlik burada yaşayacağam. Çünki hazırda başqa ölkəyə uçuş imkanım yoxdur. Uçuşun nə vaxt olacağını da bilmirəm".
Qeyd edək ki, Nataliya Məmmədova 2004 - 2017-ci illərdə Azərbaycan yığmasının formasını geyinib. (report)
Oxşar xəbərlər
Azərbaycanlı çempion baş məşqçi İstanbula yollanıb - Pandemiya
Azərbaycanlı voleybolçular "girov saxlanılır" - FOTO
Azərbaycanlı baş məşqçi Bakıya dönə bilmir - "Ölkəmizə qayıtmaq istəyirik"
Azərbaycanlı baş məşqçi 3 klubdan təklif aldı
Nataliya Məmmədova karyerasını başa vurdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası