reklam
25 yaşlı Amildən 25-ci qol
Sportfm.az xəbər saytı

25 yaşlı Amildən 25-ci qol


“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qoluna imza atıb.

Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hücumçu komandasının heyətində 25-ci qolunu vurub. Bu, XVIII turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib. Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. Futbolçu 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb. Onun orta məhsuldarlığı 0,38-ə bərabərdir.

Qeyd edək ki, Yunanov Premyer Liqada ümumilikdə 26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib.

Oxşar xəbərlər

Zubirdən yubiley qolu - Azərbaycan Premyer Liqası
Rauf Əliyevdən yubiley qolu - 60-cı
"Zirə"nin əlamətdar səfər oyunu
Tovuzlu futbolçunun 100-cü oyunu
Amil Yunanovdan 40-cı qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər