reklam
Ermənistanla oyunumuz ləğv olundu
Sportfm.az xəbər saytı

Ermənistanla oyunumuz ləğv olundu


Beynəlxalq Basketbol Federasiyası (FIBA) iyunda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.

Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il olmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi.

FIBA növbəti iclasında yarışın yeni vaxtını müzakirə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməli idi.

 

Oxşar xəbərlər

Azərbaycan millisi yenidən FIBA reytinqində
Avropa çempionatı və Qran-pri finalı ləğv olundu Koronavirusa görə
Bakıda keçiriləcək Dünya Çempionatı ləğv edildi
Avropa çempionatı ləğv olundu - Bakıdakı turnir olmayacaq
Milli komandamız Ermənistanla eyni qrupda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər