reklam
Azərbaycan millisi yenidən FIBA reytinqində
Sportfm.az xəbər saytı

Azərbaycan millisi yenidən FIBA reytinqində


Basketbol üzrə Azərbaycan milli komandası yenidən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) reytinqinə salınıb.

Sportfm.az xəbər verir ki, buna yığmanın bu ildən beynəlxalq yarışlarda iştirakını bərpa etməsi səbəb olub.

Kişilərdən ibarət kollektiv iyulda Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Yeni reytinq cədvəlinə əsasən, Azərbaycan millisi 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komanda 2021-ci ilin avqustunda açıqlanan FIBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu müddətdə yığma heç bir rəsmi oyunda iştirak etmədiyindən siyahından kənarlaşdırılmışdı.

Oxşar xəbərlər

Millimiz FIBA reytinqində 13 pillə irəlilədi
Azərbaycan 113-cü sırada - FİBA reytinqi
İnkişaf edirik! - Yığmamız yarışlardan qovuldu
Basketbol Federasiyasının baş katibi vəfat etdi
Mövcud olmayan yığmamız reytinqdə mövqeyini qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər