reklam
Avropa çempionatı və Qran-pri finalı ləğv olundu
Sportfm.az xəbər saytı

Avropa çempionatı və Qran-pri finalı ləğv olunduKoronavirusa görə


Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkili nəzərdə tutulan fiqurlu konkisürmə üzrə Avropa çempionatı ilə bağlı qərar qəbul edib.

Sportfm.az ISU-nun rəsmi saytına istinadən xəbər verir ki, 25-31 yanvarda keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qurum həmçinin bu il 10-13 dekabrda Çinin paytaxtı Pekində planlaşdırılan Qran-pri finalının da baş tutmayacağını açıqlayıb. Şəhərin pandemiyaya görə yarışı qəbul edə bilməyəcəyi vurğulanıb.

Bundan başqa, Fransanın Lion şəhərində yeniyetmələr arasında dünya çempionatı da ləğv edilib. Yarış gələn il 12-13 martda gerçəkləşməli idi.

Qeyd edək ki, təqvimdə yalnız 2021-ci il 22-28 martda İsveçin Stokholm şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatı qalıb. 

Oxşar xəbərlər

Dünya çempionatı ləğv edildi - Beşnövçülük üzrə
Taekvondoçularımızın qatılacağı yarışların taleyi məlum oldu
Daha bir dünya çempionatı təxirə salındı
Avropa çempionatı ləğv olundu - Bakıdakı turnir olmayacaq
Cüdoçularımız Qran-priyə gedə bilmədi - Koronavirusa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər