reklam
“Sumqayıt”dan örnək addım -
Sportfm.az xəbər saytı

“Sumqayıt”dan örnək addım -FOTO


“Sumqayıt” Futbol Klubunun təşkilatçılığı, “Paşa Həyat Sığorta” ASC, “Kapital Bank” ASC və “Universal-PRO” MMC-nin dəstəyi ilə komandamızın futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərimizin yaşlı sakinləri ilə evlərində görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə “Sumqayıt” FK-nın əsas komandasının məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçularımız – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib. Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandamızın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Yaşlı sakinlər futbolçularımız tərəfindən ərzaq tədarükü ilə təmin olunub. “Evdə qal, sağlam qal” adlı aksiyası mütəmadi olaraq “Sumqayıt” FK tərəfindən davam etdiriləcək.
Evdə qal, sağlam qal!
 

 

 

 

 

 

 

Oxşar xəbərlər

"Keşlə" - "Sumqayıt" - START HEYƏTLƏR
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR
"Sumqayıt" FK ilk dövrədə - STATİSTİKA
"Sumqayıt” geridə qalan 20 turda - STATİSTİKA
"Sumqayıt" - "Petrolul Ploieşti" 2:2 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər