reklam
Koronavirusdan xəbərsiz olan dünya çempionumuz göz yaşlarını saxlaya bilmədi -
Sportfm.az xəbər saytı

Koronavirusdan xəbərsiz olan dünya çempionumuz göz yaşlarını saxlaya bilmədi -FOTO


Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Survivor"da "Məşhurlar" və "Könüllülər" komandasını bir araya yığaraq xəbərsiz olduqları koronavirus bəlası ilə bağlı verdiyi məlumat bütün iştirakçıları narahat edib.

Sportfm.az xəbər verir ki, layihənin rəhbəri Acun ailəli və uşaqları olduğu üçün yalnız "Məşhurlar" komandasında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə evinə zəng edib vəziyyətlərini öyrənmək şansı verib.

Ailəsinə zəng edən Pərvizin sözügedən kadrları hər kəsi duyğulandırıb. Oğlu Yusifin səsini eşidən Pərviz qəhərini gizlətməyə çalışsa da alınmayıb. Həyat yoldaşının "Hamımız yaxşıyıq, narahat olma. Uşaqlar da ancaq sənə baxırlar" sözləri isə Pərvizi daha da duyğulandırıb.

Oxşar xəbərlər

Evinə qayıda bilməyən Pərviz Bakıya zəng etdi - FOTO
Pərviz Abdullayev "Survivor"a qayıdır! - Acun açıqladı
Azərbaycanlı dünya çempionu rəqibi ilə dalaşdı - Oyundan çıxarıldı
Dünya Çempionumuz "Survivor 2020"-də dalaşdı - FOTO
Azərbaycanlı dünya çempionu "Survivor"da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər