reklam
Azərbaycanlı dünya çempionu rəqibi ilə dalaşdı -
Sportfm.az xəbər saytı

Azərbaycanlı dünya çempionu rəqibi ilə dalaşdı -Oyundan çıxarıldı


"Survivor 2020" yarışmasında bu dəfə də tamaşaçılar gərgin oyunun şahidi oldu. 

Sportfm.az xəbər verir ki, TV8-də yayımlanan verilişdə həmyerlimiz Pərviz Abdullayev rəqibi ilə mübarizə zamanı dalaşıb. 

Burak adlı iştirakçı ilə mübahisə sonradan davaya çevrilib. Tərəfləri ayırıb sakitləşdiriblər. Ancaq oyun zamanı Burak yıxılarkən Pərvizin ayağına vurub. 

Bu hərəkəti görən Pərviz isə rəqibinin ayağını tapdalayıb. Hakim qismində çıxış edən Acun Ilıcalı kadrları yenidən izlədikdən sonra Pərvizi oyundan çıxarıb. 

Pərvizin oyundan kənarlaşdırılmasından sonra Ersin meydana daxil olub.  

Sonda "Məşhurlar" komandası məğlub olaraq yemək mükafatını qazanmaq imkanını əldən veriblər. 

Oxşar xəbərlər

Pərviz Abdullayev "Survivor"a qayıdır! - Acun açıqladı
Pərviz Abdullayev "Survivor"ı belə tərk etdi - VİDEO
Koronavirusdan xəbərsiz olan dünya çempionumuz göz yaşlarını saxlaya bilmədi - FOTO
6 qat dünya çempionundan azərbaycansayağı zarafat - VİDEO
Dünya Çempionumuz "Survivor 2020"-də dalaşdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər