reklam
Azərbaycanlı dünya çempionu
Sportfm.az xəbər saytı

Azərbaycanlı dünya çempionu "Survivor"da -FOTO


Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq.

Sportfm.az xəbər verir ki, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib. Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur.

“Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.

Qeyd edək ki, bu il yarışmada “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.

Oxşar xəbərlər

Pərviz “Survivor”dakı qazancından danışdı - VİDEO
Pərviz “Survivor”la vidalaşdı - Zədə səbəbindən
Pərviz indidə İstanbulda qaldı - FOTO
Pərviz Abdullayev "Survivor"ı belə tərk etdi - VİDEO
Dünya Çempionumuz "Survivor 2020"-də dalaşdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər