reklam
İngiltərə millisində yeni baş məşqçi
Sportfm.az xəbər saytı

İngiltərə millisində yeni baş məşqçi


İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası Qaret Sautqeyti baş məşqçi postuna təsdiqləyib. Rüşvət aldığı üçün istefaya göndərilən Sem Ellardaysın əvəzinə müvəqqəti olaraq milliyə gətirilən mütəxəssislə 4 illik müqavilə imzalanıb. Onun illik məvacibi 1,5 milyon funt-sterlinq olacaq.
Qeyd edək ki, İngiltərə yığması Sautqeytin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Bundan sonra yerli assosiasiya Sautqeytlə müqavilə imzalamaq qərarına gəlib.

Oxşar xəbərlər

"Şalke"də yeni baş məşqçi - 2 illik müqavilə
İngiltərə millisinin yeni baş məşqçisi rəsmiləşdi
İngiltərə millisinin baş məşqçisi qovuldu
Pol Poqba rəsmən "Mançester Yunayted"də
İngiltərə millsində yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər