reklam
UEFA federasiyaları bir araya yığacaq
Sportfm.az xəbər saytı

UEFA federasiyaları bir araya yığacaq


UEFA Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin təxirə salınmasını federasiyalarla müzakirə edəcək.

Sportfm.az xəbər verir ki, qitənin ali qurumuna daxil olan 55 federasiya martın 17-də videokonfransda bir araya gələcək.

İclasa daxil edilən məsələlər:

1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;

2. AÇ-2020 iyunda deyil, sentyabrda start götürsün;

3. AÇ-2020-nin şəhərləri dəyişdirilsin;

4. AÇ-2020-nin oyunları azarkeşsiz keçirilsin.

Ehtimallara görə, turnir 2021-ci ilə təxirə salınacaq. Lakin UEFA-nın bu qərarı verməmişdən öncə FIFA ilə danışıq aparmalıdır. 2022-ci ildə dünya kubokundan öncə qitə çempionatının keçirilməsi təqvimi alt-üst edə bilər.

Avropa çempionatında 4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, klubların şikayətindən sonra UEFA Çempionlar Liqası və Avropa Liqasını dayandıracağını bəyan edəcək.

 

Oxşar xəbərlər

Avropa çempionatı 2021-ci ilə təxirə salındı
AVRO-2020-yə ev sahiblik edəcək şəhərlərlə bağlı açıqlama
UEFA mühüm qərar verdi - finallar təxirə düşdü
UEFA Avropa çempionatını 1 il təxirə saldı - RƏSMİ
UEFA FİFA-ya meydan oxuyur: Azərbaycan üçün yeni turnir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər