"Dünya Kubokunun keçirilməsi üçün heç bir risk yoxdur"- Nurlana Məmmədzadə
Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsinin Təşkilat Komitəsi iştirakçıları koronavirus təhlükəsindən qorumaq üçün onlara aid olan bütün lazımi tədbirləri görüb.
Sportfm.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Azərbaycan Milli Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
Federasiya rəsmisi bildirib ki, bu gün Milli Gimnastika Arenasında start götürən Dünya Kubokunun keçirilməsi üçün heç bir risk yoxdur: "Dünya Kubokunun Bakı mərhələsi Toki-2020 Yay Olimpiya Oyunları üçün təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq ölkəmizdədir. Heç bir risk yoxdur. Təşkilat Komitəsi insanların təhlükəsizliyi üçün əlindən gələni edir. Koronavirus elan edildikdən sonra fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kuboku davam edirdi. Onda da hər şey normal oldu".
N.Məmmədzadənin sözlərinə görə, epidemioloji vəziyyətin daha əlverişsiz olduğu ölkələrdən gələn qonaqlar müayinə üçün dərhal xəstəxanaya aparılıblar: "Burada söhbət Çin, Cənubi Koreya, İtaliya və İran nümayəndələrindən gedir. Xoşbəxtlikdən onların heç birində problem aşkarlanmayıb. Hamısı sağlamdır".
Qeyd edək ki, Tokio olimpiadasına lisenziya xarakteri daşıyan idman gimnastikası üzrə Dünya kuboku martın 15-dək davam edəcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |