İdman gimnastikası üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirildi
Martın 13-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.
Sportfm.az xəbər verir ki, görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib.
O əlavə edib ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.
Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra 4-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib.
Oxşar xəbərlər
Gimnastlar Bakıda mübarizə aparacaqlar - Lisenziyalar uğrunda
Mükafatlandırma mərasimi keçirildi - FOTO
Bakıda dünya kubokunun püşkü atıldı - FOTO
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası