reklam
Sportfm.az xəbər saytı

"Məğlub olmağa hazırıq, amma İtaliyaya yollanmayacağıq" -İmtina


İspaniyanın "Xetafe" klubu Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə səfərdə keçirəcəkləri matç üçün İtaliyaya yollanmaqdan imtina edib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Anxel Torres məlumat verib: "Əgər məğlub olmaq məcburiyyətində olsaq, bunu qəbul edəcəyik. Amma sağlamlığımızı təhlükəyə atıb, İtaliyaya yollanmayacağıq. UEFA-ya oyunla bağlı müraciət etmişik. Ən doğru qərar matçı təxirə salmaqdır". 

"İnter" - "Xetafe" matçı martın 12-də keçiriləcək. UEFA bu görüşün azarkeşsiz keçirilməsinə qərar verib.

Oxşar xəbərlər

"Ararat" - "Srvena Zvezda" oyunu keçiriləcək - UEFA qərar verdi
“İnter”in baş məşqçisi olmaq möhtəşəmdir” - Antonio Konte
UEFA 1/8 finalın oyunları ilə bağlı qərar verdi
Daha iki oyun azarkeşsiz keçiriləcək
Türkiyə klubunun oyunu azarkeşsiz keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər