reklam
Azərbaycan yığmasını o çalışdıracaq -
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasını o çalışdıracaq -ÖZƏL XƏBƏR


Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisinin kim olacağı, hazırda ən aktual mövzulardan biridi. Mətbuatda daha çox xaricı mütəxəssislərin adları hallandırılsa da, Sportfm.az saytının əldə etdiyi məlumata görə, yığmamızı yerli məşqçi çalışdıracaq. Bu qərar Məşqçilər Şurası ilə məsləhətləşmədən sonra qəbul edilib. AFFA rəsmiləri millimizin Millətlər Liqasında çox da çətin olmayan qrupa düşdüyünü və vaxt azlığını nəzərə alaraq yerli mütəxəssisə etibar etməyə qərar verib. Məşqçilər Şurasının təklifinə əsasən, Azərbaycan yığmasının Nikola Yurçeviçin köməkçisi olan Arif Əsədovun çalışdırması məsləhət bilinib. Aşağı yaş qrupları üzrə yığma komandalarda işləmiş və "Neftçi"ni çempion etmiş PRO kateqoriyalı Əsədovun təklifə müsbət cavab verməsi gözlənilir. 

Oxşar xəbərlər

Daha bir məşqçi millimizi çalışdırmaq istəmədi
Arif Əsədov milli komandada!
Arif Əsədov "Neftçi"yə yollanır? - ÖZƏL
Arif Əsədovun oğlu məşqçi oldu
Arif Əsədov I divizionda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər