Monteneqronun baş məşqçisi millimizlə eyni qrupa düşdükləri üçün sevinir
“Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq”.
Sportfm.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibekiç yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
62 yaşlı mütəxəssis bildirib ki, qrupda istənilən komanda birinci yer uğrunda mübarizə apara bilər: “Buna görə də hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.
Oxşar xəbərlər
"Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük" - Qurban Qurbanov
Kiprin baş məşqçisi:"Rəqibin gücünü görəcəyik”
Elxan Məmmədov "Amerikanı kəşf etdi": "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq"
Millimizin rəqibləri müəyyənləşdi - SİYAHI
"Qrup birincisi ola bilərik" - Kosovo millisinin baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası