reklam
İspaniya və İtaliyadan darmadağın
Sportfm.az xəbər saytı

İspaniya və İtaliyadan darmadağın


DÇ-2018-in seçmə mərhələsində IV turun oyunları davam edir. Sportfm.az xəbər verir ki, bu gün daha 9 oyun keçirilib. Bu dəfə "D", "G" və "İ" qrupunda yer alan komandalar meydana çıxıblar. Seçmə mərhələyə uğursuz başlayan Türkiyə millisi Kosovanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Türkiyənin yer aldığı "I" qrupunda əsas diqqətlər şərikli lider olan Xorvatiya və İslandiyanın matçına yönəlib. Xorvatiya 2:0 hesabı ilə qalib gələrək vahid lider olub. "G" qrupunda 1-2-ci yerləri bölüşdürən İspaniya və İtaliya bu dəfə asan rəqiblərlə qarşılaşıb. İspaniya öz meydanında Makedoniyaya, İtaliya isə səfərdə Lixtenşteynə 4 cavabsız qolla qalib gəlib.

DÇ-2018, seçmə mərhələ
IV tur
D qrupu
 
Avstriya - İrlandiya - 0:1 
Qol: Makkleyn, 48

Gürcüstan - Moldova - 1:1
Qollar: Kazaişvili, 16 (1:0), Qaçkan, 78 (1:1) 

Uels - Serbiya - 1:1
Qol: Beyl, 30 (1:0), Mitroviç, 86 (1:1)  
 
G qrupu
 
İspaniya - Makedoniya - 4:0 
Qollar: Velkoski, 34-avtoqol, Vitolo, 63, Monreal, 84, Aduriz, 85

Lixtenşteyn - İtaliya - 0:4 
Qollar: Belotti, 11, İmmobile, 12, Kandreva, 32, Belotti, 44

Albaniya - İsrail - 0:3 
Qollar: Zahavi, 18, Eynbinder, 66, Atar, 84

 
İ qrupu
[b][/b]Xorvatiya - İslandiya - 2:0 
Qollar: Brozoviç,  15, 90+1
Qırmızı vərəqə: Perişiç, 90+4 (Xorvatiya)

Türkiyə - Kosova - 2:0 
Qollar: Burak Yılmaz, 51, Volkan Şen, 55

Ukrayna - Finlandiya - 1:0
Qol: Kravets, 25

Oxşar xəbərlər

Kosovanı yenərək Dünya Çempionatına vəsiqə qazandılar - DÇ-2018
Türkiyə yığması mundialdan kənarda qaldı, İtaliya xal itirdi - DÇ-2018
İtaliya və Türkiyə uduzdu - DÇ-2018 seçmə mərhələ oyunları
Arda Turansız Türkiyədən inamlı qələbə - VİDEO
Türkiyə uduzdu, İtaliya və İspaniya qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər