"Əsas məqsədim Avropaya getməkdir" -Ramil Şeydayev
“Sabah”ın yeni transferi və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
“Sabah”a keçidində əsas rol oynayan amil nə idi?
Klubun özü və rəhbərlik keçidimdə əsas rol oynadı.
Müqavilən 6 aylıqdır. “Sabah” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazansa, qərarın necə olacaq?
Mövsümün sonunda nə olacağını bilmirəm. Əsas məqsədim komandaya kömək etmək və Avropaya getməkdir.
Moskva “Dinamo”sunda olarkən Azərbaycan çempionatıyla maraqlanırdınmı?
Bəli, maraqlanırdım, ancaq oyunları izləmirdim. Sadəcə, nəticələrə baxırdım.
Səncə, nə üçün futbol adamları sənin Azərbaycana gəlişini düzgün hesab etmirlər?
Onlar Azərbaycana gəlişimi geriyə addım hesab edirlər, ancaq sonda necə olacağını görəcəyik.
Artıq “Sabah”la ilk oyununa çıxdın. Meydana azarkeşlərin alqışları ilə daxil oldun. Atmosfer necə təsir bağışladı?
Sadəcə, beş dəqiqə oynadım. Nəsə hiss etməyim üçün vaxtım çox olmadı. Ancaq azarkeşlər tərəfindən alqışlanmaq xoş oldu.
Baş məşqçi Jelko Sopiçlə söhbətiniz olubmu?
Xeyr, hələ danışmamışam.
Növbəti turda keçmiş komandan olan “Qarabağ”la oynayacaqsız. Səncə, bu matçda xal qazanmaq şansınız nə qədərdir?
Hər zaman bir şans olur. Diqqətli olub, səylə çalışmalıyıq. Bunu bacara bilərik.
Sopiç “yaxşı çalışana şans verirəm” deyərək, “Sabah”da olan bir çox milli üzvünü ehtiyatda saxlayır. Hücumçu mövqeyində çıxış edən Marko Deviç, Xulio Sezarla rəqabət apara biləcəksənmi?
Rəqabət hər zaman yaxşıdır. Məşqlərdə çox çalışıram və çalışmağa davam edəcəm.
Yığmanın baş məşqçi postuna Rəşad Sadıqovun gəlməsini istədiyini demişdin. Səncə, Rəşad milli komandaya gəlsə, uğur qazana bilərmi?
Bəli, düşünürəm ki, Rəşadın gəlişi uğurlu ola bilər. Bunu düşünməsəydim, onun milli komandaya rəhbərlik etməsini istəməzdim. Rəşadın milli komandayla uğur qazanmaq üçün yaxşı şansı var.
Karyeranı hansı çempionatda davam etdirmək istərdin?
Avropanın “böyük beşlik” çempionatlarında iştirak etmək istərdim. (komanda.az)
Oxşar xəbərlər
"Ayaz Quliyevin oyununu yaxından izləyirəm" - Rusiya klubunun futbolçusu
"Baş məşqçidən danışmağım düzgün olmaz" - Sabah"ın futbolçusu
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
Rəşad Eyubov: "Riçard Almeyda ilə problemimiz yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası