reklam
Bakıda keçiriləcək dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq


2019-cu ildə uğurla təşkil edilmiş bədii gimnastika üzrə dünya və Avropa çempionatları da daxil 4 beynəlxalq turnirdən sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) cari ildə də bu növ üzrə yarışlara hazırlaşır.

Sportfm.az xəbər verir ki, gimnastikanın ən zərif nümayəndələrinin yarışları ənənəyə uyğun olaraq apreldə keçiriləcək. Aprelin 24-26-da təşkil ediləcək dünya kubokunda iştirak edəcək ölkələrin ilkin qeydiyyat siyahısı yaxın günlərdə bəlli olacaq.

Kubokun iştirakçıları Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bakıda təşkil olunan dünya çempionatından “Tokio 2020”yə lisenziyasız qalan gimnastlar bu yarışlarda güclərini bir daha sınayacaqlar.

Yarışın ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın sonuncu günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, bu turnirdə də ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Oxşar xəbərlər

Dünya kuboku təsnifat xarakteri daşıyacaq - Tokio-2020
31 ölkənin idmançıları Bakıya toplaşacaq
Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq
43 ölkədən 200-dən çox bədii gimnast Bakıya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər