reklam
Dünya Kubokunun açılış mərasimi keçirildi -
Sportfm.az xəbər saytı

Dünya Kubokunun açılış mərasimi keçirildi -FOTO


Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, əvvəlcə yarışda iştirak edən ölkələrin bayraqların paradı olub. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparacaq. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edəcəklər.

Turnirin ilk iki günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. 28 aprel tarixində isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq. (trend.az)

Oxşar xəbərlər

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Dünya kuboku təsnifat xarakteri daşıyacaq - Tokio-2020
Gimnastika millimiz dünya kubokunda mübarizəyə başladı
Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq
43 ölkədən 200-dən çox bədii gimnast Bakıya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər