reklam
Dünya kuboku təsnifat xarakteri daşıyacaq -
Sportfm.az xəbər saytı

Dünya kuboku təsnifat xarakteri daşıyacaq -Tokio-2020


Uzun bir fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. 2020-ci ildə Bakıda təşkil edilməli olan, lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku yarışlarının mayın 7-9-da keçirilməsi planlaşdırılır.

Sportfm.az xəbər verir ki, turnir “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

Dünya kuboku yarışlarının ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın sonuncu günündə isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Qeydiyyat siyahısına əsasən turnirdə 38 ölkədən 67-si fərdi və 123-ü qrup komandasının (21 qrup) üzvü olmaqla 190 gimnastın iştirakı gözlənilir.

Ənənəyə uyğun olaraq, bu kubok yarışlarında da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Oxşar xəbərlər

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Bakıda keçiriləcək dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq
43 ölkədən 200-dən çox bədii gimnast Bakıya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər