reklam
Oktyabr ayının ən yaxşı qolu müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Oktyabr ayının ən yaxşı qolu müəyyənləşdi -VİDEO


Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Sportfm.az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. Emin Mehtiyev ("Zaqatala” PFK) jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar  Babayev ("Səbail” PFK) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb.
Belə olan təqdirdə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu "Zaqatala”nın futbolçusu Emin Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.
Futbolçuya Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) "Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq. 


Oxşar xəbərlər

Ən yaxşı qolun müəllifi mükafatlandırıldı - Azərbaycanda
“Qaradağ Lökbatan”ın futbolçusu tarixə düşdü
Birinci Divizionun ən yaxşı qolu seçildi
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər