reklam
Birinci Divizionun ən yaxşı qolu seçildi
Sportfm.az xəbər saytı

Birinci Divizionun ən yaxşı qolu seçildi


Futbol üzrə Azərbaycan 1-ci divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, idman jurnalistləri, azarkeşlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən "Səbail”in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçilib.
Məlumat üçün deyək ki, azarkeşlərin seçimində "Səbail”in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən, qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs toplayıb. Beləliklə, Orxan Qurbanlı 1-ci divizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqlənib.
Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya 1-ci divizionun 25-ci turunun "Zaqatala” - "Səbail” oyunundan öncə təqdim olunacaq.

Oxşar xəbərlər

Ən yaxşı qolun müəllifi mükafatlandırıldı - Azərbaycanda
“Qaradağ Lökbatan”ın futbolçusu tarixə düşdü
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
Oktyabr ayının ən yaxşı qolu müəyyənləşdi - VİDEO
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər