reklam
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
Sportfm.az xəbər saytı

Ən yaxşı qolun müəllifi mükafatlandırıldı


Peşəkar Futbol Liqasının layihəsi olan "I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib. Sportfm.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun "Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.
Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən "Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu  hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb.

Oxşar xəbərlər

Ən yaxşı qolun müəllifi mükafatlandırıldı - Azərbaycanda
Birinci Divizionun ən yaxşı qolu seçildi
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
Oktyabr ayının ən yaxşı qolu müəyyənləşdi - VİDEO
Avqust ayının ən yaxşıları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər