reklam
Dünyanın ən yaşlı oyunçusu oldu -
Sportfm.az xəbər saytı

Dünyanın ən yaşlı oyunçusu oldu -FOTO


"Dünyanın ən yaşlı peşəkar futbolçusu" adının sahibi dəyişə bilər.

Sportfm.az xəbər verir ki, İzzəddin Bahader bu ada yiyələnmək niyyətindədir.

75 yaşlı misirli bunun üçün peşəkar klubun heyətində 90 dəqiqə meydanda olmalıdır. Ötən ilin noyabr ayından ölkəsinin 3-cü liqa klublarından birinin heyətində məşq edən Bahaderin 4 övladı və 6 nəvəsi var.

6 yaşından bu yana futbol oynadığını deyən afrikalı peşəkar futbolçu olmaq arzusunu gələn ay gerçəkləşdirmək istəyir: "Qarşımda hələ uzun yol var. Məşq etməkdən yorulmuram. Çalışmağa davam edəcəyəm. Məqsədim yalnız ən yaşlı futbolçu kimi tarixə düşmək deyil, həm də yaxşı oyun göstərməkdir. Hesab edirəm ki, gələn ay hədəfimə çatacağam".

Qeyd edək ki, hazırda dünyanın ən yaşlı futbolçusu ünvanı 73 yaşında meydana çıxan israilli İsaak Hayikə məxsusdur.

Oxşar xəbərlər

Misirli futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşdü - Ən yaşlı oyunçu
75 yaşlı futbolçu qol vurdu
Misir klubu 75 yaşlı futbolçunu transfer etdi - FOTO
Yenə qapıçı, yenə rekord
49 yaşında futbolçu, 50 yaşında məşqçi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər