reklam
Sportfm.az xəbər saytı

"Qorxduğum başıma gəldi" -Joze Alesio


“Bu oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsantrasiyasız çıxmışdı. Birinci hissədə bu, aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik".

Sportfm.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqroya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var. Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdur” - deyə o bildirib.

Oxşar xəbərlər

Da Silvanın arqumentləri bitmir: "Əvəzetmələrdən az istifadə etdik”
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
İki oyuna 12 top buraxan "Araz"ın baş məşqçisi: "Son matçda da “döyüşəcəyik”
Joze Alesio:"Bu gün daha yaxşı oynadıq"
Joze Alessio: "Asan qollar buraxdıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər