Azərbaycanlı idmançı Rusiyaya Avropa çempionluğu qazandırdı
Avstriyanın Qrats şəhərindəki fiqurlu konkisürmə üzrə Avropa çempionatında fərdi yarışda qızıl medal qazanan Rusiya təmsilçisi Dmitri Əliyevin əslən azərbaycanlı olduğu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə ikiqat olimpiya çempionu Maksim Trankov şəxsi "Twitter"i vasitəsilə açıqlama verib. O, Artur Danielyanın gümüş, Moris Kvitelaşvilinin bürünc medal qazandığını xatırladaraq, "Avropa çempionatında ilk Qafqaz podiumu" yazıb. Məlumatı Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının baş katibi Fuad Quliyev də təsdiqləyib.
21 yaşlı Əliyev son 8 ildə kişilərin fərdi yarışında Avropa çempionluğu qazanan ilk Rusiya təmsilçisi olub.
Əliyev Komi Respublikasının Uxta şəhərində doğulsa da, 2013-cü ildən Sankt-Peterburqda yaşayır.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edir. Litvintsev fərdi proqramda 9-cu yeri tutub. Ryabova isə mübarizəyə bu gün qoşulacaq.
Oxşar xəbərlər
Azərbaycanın fiqurlu konkisürəni karyerasını niyə bitirdi? - Səbəbini açıqladı
Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi
4 idmançımızdan uğursuz çıxış - FİASKO
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
"Azərbaycan vətəndaşı olduğum üçün mənə təzyiq yoxdu" - Vladimir Litvintsev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası