Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Pekinə vəsiqə qazandıq -Bu dəfə Ryabova
Qazaxıstanın paytaxtı Nur Sultanda Denis Tenin xatirəsinə həsr olunmuş fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Yekaterina Ryabova gümüş medal qazanıb. O, sərbəst proqramda 115,73 xal, yekunda isə 179,59 xal toplayıb.
Turnirin qalibi 190,06 xalla belaruslu Viktoriya Safonova (sərbəst proqramda 123,39 xal) olub.
Almaniyanı təmsil edən əslən azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova isə yekunda 136,99 xalla (sərbəst proqramda 87,01 xal) 6-cı yeri tutub.
Yekaterina Ryabova Vladimir Litvintsevlə birgə Pekin-2022 Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Oxşar xəbərlər
Azərbaycan təmsilçisi medalsız qaldı - Pekin-2022
Təmsilçimiz finalda 10-cu yarışacaq - Pekin-2022
Azərbaycanın fiqurlu konkisürəni finalda - PEKİN-2022
Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi
4 idmançımızdan uğursuz çıxış - FİASKO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası