reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan vətəndaşı olduğum üçün mənə təzyiq yoxdu" -Vladimir Litvintsev


Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil edən Vladimir Litvintsev qısa proqramın təsnifat mərhələsində uğurlu çıxış edib. 

Sportfm.az xəbər verir ki, o, dünənki yarışda 73,60 xal toplayaraq 14-cü yeri tutub. 

Bu göstərici ilə 17 yaşlı rusiyalı legionerimiz sabah 24 idmançı arasında keçiriləcək sərbəst proqramda yarışmaq hüququ əldə edib. 13 idmançı üçün isə yarış başa çatıb.   

Vladimir Litvinsev mövsümdə ən yaxşı nəticə göstərməklə çoxlarını heyrətləndirib. Bu səbəbdən Rusiya mətbuatı cari mövsümdə Azərbaycanı təmsil edən idmançıdan müsahibə götürüb. 

Səhvləri olduğunu, musiqi ilə ayaq uydura bilmədiyini etiraf edən Litvintsev idman vətəndaşlığını dəyişdirdiyi üçün Rusiya tərəfindən təzyiqlə üzləşmədiyini bildirib: 

“Düzü, mənə təzyiq yoxdu. Hamı mənim seçimimi başa düşür”. 

Azərbaycanı təmsil edən daha bir legionerimiz Yekaterina Ryabova qısa proqramda 59,95 xalla yeddinci yeri tutub və sabahkı sərbəst yarışda çıxış etmək imkanı əldə edib.

 

Oxşar xəbərlər

Azərbaycan təmsilçisi medalsız qaldı - Pekin-2022
İdmançımızın yekun mövqeyi bilindi - Pekin-2022
4 idmançımızdan uğursuz çıxış - FİASKO
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
Azərbaycan idmançısı çıxışı ilə hər kəsi heyrətləndirdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər