Azərbaycanlı idmançı İranı tərk etdi
Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı Kimiya Əlizadə İranı tərk edib.
Sportfm.az xəbər verir ki, bu barədə “Fox News” bildirib.
İdmançı özünün “Instagram” səhifəsində "ölkədə milyonlarla zülmə məruz qalan qadınlardan biri" olduğunu yazıb.
Əlizadənin sözlərinə görə, idman məmurları onu istismar ediblər.
"Onlar məni hara istəyirdilər, ora göndərirdilər. Mən onların dediklərini daşıyırdım. Mən onların hər təklifini təkrarlayırdım", - taekvondoçu qeyd edib.
Əlizadə əlavə edib ki, İran hakimiyyəti onun medallarına sevinib, ancaq onu idman növünün seçiminə görə tənqid ediblər.
İranın ISNA agentliyinin məlumatına görə, idmançı Niderlanda gedib.
Qeyd edək ki, Əlizadə 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiada oyunlarında bürünc medal qazanıb. O, oyunlarda mükafat qazanmış yeganə İran idmançısı idi.
Oxşar xəbərlər
Azərbaycan idmançıları Ermənistanı tərk etdi
İrandan gözlənilən addım - Qanun qəbul edilmədi
Azərbaycanlı olimpiya çempionu karyerasını başa vurdu
Millimizin üzvləri “Grand slam” turnirində iştirak edəcək
İslam Oyunlarında İranı neçə idmançı təmsil edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası