Azərbaycanlı olimpiya çempionu karyerasını başa vurdu
Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançının özü "Anadolu" agentliyinə açıqlamasında bildirib.
O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.
Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdır. 68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb. O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.
Oxşar xəbərlər
Azərbaycanlı olimpiya çempionu federasiya prezidenti oldu - Rusiyada
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
İsrailin yeganə Olimpiya çempionu qızıl medalını satacaq
Əfsanəvi idmançı karyerasını başa vurdu
Useyn Bolt gedəcəyi vaxtı açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası