reklam
Azərbaycan idmançısı favoritlər qrupunda -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançısı favoritlər qrupunda -Lozanna-2020


İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının püşkü atılıb.
Sportfm.az xəbər verir ki, yarışdakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxış edəcəyi sıra nömrəsi bəlli olub.

2003-05-ci il təvəllüdlülərin qatıldığı Olimpiadada qızların mübarizəsində 16 iştirakçı mübarizə aparacaq. Onlar bu gün qısa proqramda qüvvələrini sınayacaqlar.

İştirakçılar 3 qrupa bölünüblər. Nisbətən zəiflərin yer aldığı ilk “beşlik” daha tez buz üzərinə çıxacaq. Ardınca daha 5 idmançı bacarığını nümayiş etdirəcək. Mükafatlara iddialılardan rusiyalı Anna Frolova bu qrupda sonuncu olaraq sürüşəcək.

Digər favoritlər sonuncu qrupda çıxış edən 6 idmançıdır. Onlar arasında Azərbaycan təmsilçisi Y.Ryabova da olacaq. O, buz üzərinə qrupda 3-cü, ümumilikdə 13-cü çıxacaq.

A.Frolova və Y.Ryabova ilə yanaşı, medallara iddialı hesab olunan digər rusiyalı Kseniya Sinitsina 11-ci, koreyalı “üçlü aksel”i ilə həmyaşıdlarını üstələyən cənubi koreyalı Younq Yu 15-ci olaraq tamaşaçılar önünə çıxacaq.

Qeyd edək ki, qızların yarışı Bakı vaxtı ilə 19:10-da start götürəcək. Y.Ryabovanın çıxışı 21:05-21:12 aralığında gözlənilir.

Oxşar xəbərlər

Təmsilçimiz finalda 10-cu yarışacaq - Pekin-2022
"Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam" - Yekaterina Ryabova
Azərbaycan ilk dəfə bu Olimpiadada mübarizə aparacaq
Qış Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı bəlli oldu
Olimpiya Oyunlarında ölkəmizi bir idmançı təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər