reklam
Sportfm.az xəbər saytı

"Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam" -Yekaterina Ryabova


"Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əksiklər var idi".

Sportfm.az xəbər verir ki, bu fikirləri İsveçrənin Lozanna şəhərindəki Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparmış Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında deyib.

17 yaşlı idmançı səhvlərinin üzərində işləyəcəyini və bacarıqlarını maksimum dərəcədə göstərməyə çalışacağını vurğulayıb.

Ryabova "Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən ilk idmançı olmaq necə hissdir" sualına belə cavab verib: "Çox əla hissdir. İlk olaraq bu yarışda Azərbaycanı təmsil etməkdən məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm".

O, yarışda qarşısına çıxan çətinliklərdən və daha yaxşı nəticə əldə edə bilməməsinin səbəbindən danışıb: "Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu".

Ryabova ölkəni böyüklərin olimpiadasında təmsil etmək ehtimalından da söz açıb: "Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam".

Qeyd edək ki, 9 yanvarda başlayan "Lozanna-2020"yə bu gün yekun vurulacaq. Yekaterina Ryabova yarışı 8-ci pillədə başa vura bilib.

Oxşar xəbərlər

Azərbaycanın fiqurlu konkisürəni karyerasını niyə bitirdi? - Səbəbini açıqladı
Pekinə vəsiqə qazandıq - Bu dəfə Ryabova
Azərbaycan ilk dəfə bu Olimpiadada mübarizə aparacaq
Qış Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı bəlli oldu
Olimpiya Oyunlarında ölkəmizi bir idmançı təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər