reklam
İdmançı qələbəni vaxtından əvvəl qeyd etdi -
Sportfm.az xəbər saytı

İdmançı qələbəni vaxtından əvvəl qeyd etdi -VİDEO


Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.

Sportfm.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. O, arxasında keniyalı rəqibi Kibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb.  Qeyd edilir ki, rəqibinin səhvindən istifadə edərək qalib olan Kandi yeni rekorda imza atıb. O, 15 kilometrlik məsafəni 43 dəqiqədən az müddət ərzində qət edib. Yeni rekord 42 dəqiqə 59 saniyə təşkil edir. Öz növbəsində Kiplimo bu məsafəni 43:00 dəqiqəyə qət edib.

Oxşar xəbərlər

Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
Avropa rekordunu yenilədi
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu - FOTO
Marafon qaçışında yeni dünya rekordu müəyyənləşdi
105 yaşında rekorda imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər