reklam
Avropa rekordunu yenilədi
Sportfm.az xəbər saytı

Avropa rekordunu yenilədi


İsveçrəli atlet Julien Vanders yarımmarafon yarışında yeni Avropa rekordu müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, 22 yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlib. O, bu nəticə ilə britaniyalı Mo Faraha məxsus əvvəlki rekordu (59 dəqiqə 32 saniyə) yeniləyib.

Julien Vanders yarışda keniyalı Stefan Kiprop (58:42) və efiopiyalı idmançılar Abadi Hadis (58:44) və Fikad Haftudan (59:08) sonra dördüncü pillədə qərarlaşsa da onun nəticəsi Avropa rekordu olub. Atlet bu barədə deyib: "Yeganə çatışmayan cəhət mənim dördüncü yeri tutmağım oldu. Mükafatçılar kürsüsündə yer almasam da, bu göstəriciyə görə çox şadam".

Julien Vanders İsveçrə çempionatlarında üç dəfə qızıl medala layiq görülüb.

Oxşar xəbərlər

Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu - FOTO
Ramil Quliyev 35 illik rekordu yenilədi
Rio-2016: Yeni dünya rekordu qeydə alındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər